Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 12:56
A Seriyası şurası İtaliya kubokunun yarımfinal oyunları ilə ölkədə futbolun bərpasını təklif edib.
Qol.az ANSA agentliyinə istinadən xəbər verir ki, klub rəhbərliyinin çərşənbə axşamı bu fikri müzakirə edəcəyi vurğulanıb.
Bildirilib ki, "Yuventus" - "Milan" və "Napol" - "İnter" görüşlərinin 27 və 28 may tarixlərində keçirilməsi təklif olunub. Bundan başqa, ölkə çempionatının mayın 31-i bərpası və avqustun 31-dək başa çatdırılması da təkliflər sırasındadır.