Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hikmət Hacıyev: Son günlərdə sərhəd-keçid məntəqələrində karantin rejiminin pozulması ilə bağlı arzuolunmaz hallar baş verib

Hikmət Hacıyev: Son günlərdə sərhəd-keçid məntəqələrində karantin rejiminin pozulması ilə bağlı arzuolunmaz hallar baş verib

Tarix: 16 Aprel 2020 17:26

Son günlərdə xaricdə olan vətəndaşlarımız tərəfindən sərhəd-keçid məntəqələrində karantin rejiminin pozulması ilə bağlı arzuolunmaz hallar baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, xaricdə olan vətəndaşlarımız anlamalıdırlar ki, bütün tədbirlər insanların sağlamlığının qorunması üçün edilir:

"Sərhəd-keçid məntəqələrinə yaxınlaşaraq qaydaları pozmaq yolverilməzdir. Rusiyada olan vətəndaşlarımızın Azərbaycana növbəli şəkildə gətirilməsi üçün zəruri portal da yaradılıb. Həmin portal yaxın günlərdə işə düşəcək. Xaricdə olan Azərbaycan vətəndaşları həmin portaldan qeydiyyatdan keçməlidirlər. Ondan sonra xaricdə olan vətəndaşlarımız növbəli şəkildə ölkəmizə gələ biləcəklər.
Hazırda xaricdə olan vətəndaşlarımız olduqları ölkələrdə karantin rejiminin qaydalarına riayət etməlidirlər".

Milli.Az


Etiketlər:  Hikmət Hacıyev Son günlərdə sərhəd keçid məntəqələrində karantin rejiminin pozulması ilə bağlı arzuolunmaz hallar baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ