Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 18:38
A Seriyası şurası İtaliya kubokunun yarımfinal oyunları ilə ölkədə futbolun bərpasını təklif edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyinin çərşənbə axşamı bu fikri müzakirə edəcəyi vurğulanıb.
Bildirilib ki, "Yuventus" - "Milan" və "Napol" - "İnter" görüşlərinin 27 və 28 may tarixlərində keçirilməsi təklif olunub. Bundan başqa, ölkə çempionatının mayın 31-i bərpası və avqustun 31-dək başa çatdırılması da təkliflər sırasındadır.