Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibkar Sərxan Abdullayev: Pandemiyanın təsirlərindən əziyyət çəkən sahibkar kimi dövlət mənə də dəstək oldu

Sahibkar Sərxan Abdullayev: Pandemiyanın təsirlərindən əziyyət çəkən sahibkar kimi dövlət mənə də dəstək oldu

Tarix: 16 Aprel 2020 19:48

Pandemiyanın təsirlərindən əziyyət çəkən sahibkar kimi Azərbaycan dövləti mənə də dəstək oldu.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlqmasında "Yes Travel LLC" şirkətinin rəhbəri Sərxan Abdullayev deyib.

O bildirib ki, dövlət pis gündə həmişə sahibkarın yanında olub: "Əslində bu dünyəvi bəladır və burda kiminsə günahı yoxdur. Hələlik bizə dəymiş ziyanın məbləği tam bəlli deyil. Çünki hələ karantin rejimi başa çatmayıb. Amma buna baxmayaraq dövlət bizə dəstək oldu. Mərhələli şəkildə sahibkarlara dövlət dəstəyi göstərildi və bu proses hələ də davam edir".

Sahibkar vurğulayıb ki, ona ilkin olaraq dəstək göstərilib və bildirilib ki, karantin müddəti bitənə qədər maddi yardım mərhələli şəkildə davam edəcək:

"Azərbaycan dövləti bir daha sübut etdi ki, sahibkarlara daim dəstək göstərir. Cənab Prezident bu dəstəyi ilə bu dəfə də sahibkarları çətin vəziyyətdən çıxardı. Dövlət başçısı həmişə hər bir vətəndaşın, o cümlədən sahibkarların yanındadır. Biz bu dəstəyi daim hiss etmişik. Mən öz və ölkənin qeyri-neft sektorunda çalışan bütün sahibkarlar adından cənab Prezidentə təşəkkür edirəm ki, bizə bu çətin vəziyyətdə yardımını əsirgəmədi. Biz də daim dövlətimiz və dövlətçiliyimiz naminə fəaliyyət göstərməyə davam edəcəyik".


Etiketlər:  Sahibkar Sərxan Abdullayev Pandemiyanın təsirlərindən əziyyət çəkən sahibkar kimi dövlət mənə dəstək oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ