Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 22:21
Heç şübhəsiz ki, demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri də siyasi partiyalardır. Əminliklə deyə bilərik ki, Azərbaycanda olan çoxpartiyalı siyasi sistem sayəsində cəmiyyətdə müxtəlif siyasi fikirlərin çatdırilması üçün əlverişli şərait yaradılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözləri "Türkiyə Universitetləri" Məzunları İctimai Birliyinin (TUMİB) sədri, politoloq Çingiz Bayramov deyib.
Bildirib ki, hüquqi dövlətin varlığının göstəricilərindən olan vətəndaş cəmiyyətinin inkişafına və siyasi partiyaların fəaliyyətinə tam şərait yaradılıb: "Son parlament seçkilərindən sonra Milli Məclisin formalaşmasında ölkədə fəaliyyət göstən bir çox siyasi partiya təmsilçisinin iştirakı, hətta rəhbər vəzifələrdə yer tutması Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu təsdiq edən əsas amillərdəndir. Bu, Prezident İlham Əliyevin ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların dövlətimizin siyasi həyatında daha aktiv rol alması üçün yaratrdığı şəraitin nəticəsidir. Azərbaycanda demokratiya, insan hüquq və azadlıqlarına verilən əhəmiyyətin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəblərindən biri də hüququn üstünlüyüdür".
Politoloq qeyd edib ki, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının Ədiliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsi ölkədə siyasi prülarizm və fərqli siyasi düşüncələrin daha da inkişafına təkan verəcəkdir: "Heç şübhəsiz ki, bu proses dövlət başçısı tərəfindən başladılan siyasi islahatların cəmiyyətin bütün təbəqəsinə geniş yayılmasının təzahüürdür. Azərbaycan dövlətinin maraqlarının qorunmasında bütün siyasi partiyalarla dialoqun qurulması və faydalı müxalif düşüncənin ölkəmizin inkişafına yönəldilməsi dövlətimizin daha güclü olmasına təkan verəcəkdir. Bu müstəvidə iqtidar - müxalifət dialoqunun daha da intensivləşməsi, milli məsələlərdə həmrəylik və milli maraqlarımız naminə ortaq platformalarda bir araya gəlmək ölkəmizdə azad cəmiyyətin daha da inkişafına xidmət edəcəkdir".