Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 17:06
Koronavirus pandemiyası səbəbiylə dayandırılan UEFA Çempionlar Liqası və Avropa Liqası ilə bağlı daha bir plan məlum olub.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, UEFA sözügedən iki turnirin avqust ayında keçirilməsini təklif edir. Əvvəlcə yerli liqaların tamamlanması, daha sonra UEFA turnirlərinin keçirilməsi düşünülür. Bu plan reallaşsa, ÇL və AL-də oyunlar üç gündən bir keçiriləcək. Çempionlar Liqası avqustun 7-də bərpa olunacaq və turnirin qalan bütün oyunları İstanbulda keçiriləcək. Yarışın final oyununun avqustun 29-da keçirilməsi düşünülür.
Avropa Liqasının qalan oyunları isə avqustun 2-3-də bərpa olunacaq və Qdanskda keçiriləcək. Yarışın yarımfinal oyunlarının 17-20 avqustda, final matçının isə avqustun 27-də keçirilməsi planlaşdırılır.