Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çölə çıxmaq üçün azyaşlı uşaqlar üçün də icazə alınmalıdır? - VİDEO

Çölə çıxmaq üçün azyaşlı uşaqlar üçün də icazə alınmalıdır? - VİDEO

Tarix: 20 Aprel 2020 17:10

Dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə koronovirus pandemiyası ilə bağlı uşaqların küçəyə çıxması qadağandır. Ölkəmizdə isə xüsusi karantin rejimində valideynlərə azyaşlı uşaqlarını evdən çıxarmamaları tövsiyə edilir. Amma çox təəssüf ki, deyilənlərə əməl edən azdır. Bu günlərdə yenə də küçədə, marketdə və digər yerlərdə yanında uşaq olan valideynlərə rast gəlinir.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Polis əməkdaşı: "Bəzi valideynlər öz körpələri ilə yaxınlıqda yerləşən marketə yaxınlaşır, küçəyə-bayıra çıxırlar. Biz valideynlərə maksimum tövsiyə edirik ki, bayıra çıxmasınlar, azyaşlı övladlarını bayıra çıxarmasınlar".

Həkimlərin sözlərinə görə, bəzi valideynlər, təəssüf ki, bu məsələyə elə də ciddi yanaşmır.

Günay Rəsulova - Həkim: "Belə bir arxaynlıq var, hesab edirlər ki, uşaqlar koronavirusa yoluxmur. Bu çox yalnış bir təsəvvürdür. Əlbəttə ki, uşaqların da yoluxma halları var. Dünya statistikasına baxsaq, uşaqların da bu xəstəliyə yoluxması görülür, hətta fəsadlar belə olur, ağırlaşma halları da istisna deyil".

Uşaqların çox ciddi dayışıcılar olduğu deyən həkim valideynləri diqqətli olmağa çağırır.

Günay Rəsulova - Həkim: "Yəni uşağı çölə çıxararkən əlini mütləq bir yerə vuracaq. Koronovirus daha çox səthlər üzərində olur. Uşağın toxunduğu yerlər onun üçün çox böyük bir risk və təhlükə yarada bilər. Ona görə uşaqlar üçün risk var, onlar evdən çölə çıxsınlar".

Adil Qeybulla - Həkim: "Uşaqları bayıra çıxarmaq məqsədəuyğun deyil. Uşaq olan evin havası ventilyasiya olunmalıdır. Uşaqlar üçün evdə əyləncə tapılmalıdır. Yəni onların bayıra çıxmalarına lüzum yoxdur. Uşaqlar da xəstələnə bilər".

Ekspertlər hazırda böyüklərlə yanaşı, uşaqların da müəyyən icazələrlə evdən çıxmasını vacib hesab edir.

Adil Qeybulla - Həkim: "İcazə yalnız personal verilir, yəni fərdi olaraq hər bir kəsə. İkinci şəxs əgər onun yanındadırsa, ona da icazə alınmalıdır. Mən düşünürəm ki, uşaqların bayıra çıxarılması məsələsi hansısa bir formada öz dəqiq əksini tapmalıdır bu təlimatda ki, bundan sui istifadə olunmasın".

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarından isə bildirildi ki, indiki vəziyyətdə azyaşlıların küçəyə çıxmasına hər hansı rəsmi qadağa yoxdur. Sadəcə, valideynlərə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, övladlarını küçəyə çıxarmamaları tövsiyə olunur.


Etiketlər:  Çölə çıxmaq üçün azyaşlı uşaqlar üçün icazə alınmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ