Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 18:34
"Liverpul" mayda məşqləri bərpa etməyə hazırlaşır.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun yarımmüdafiəçisi Pedro Çirivelya məlumat verib.
İspaniyalı futbolçu ölkə mətbuatına komandanın gələn ay məşqləri bərpa edəcəyini açıqlayıb: "Mayın əvvəli fərdi şəkildə hazırlığa başlayacağıq. İki həftə sonra isə komanda ilə birgə məşqləri bərpa edirik. İyunda Premyer Liqaya qaldığımız yerdən davam edə bilərik".
Qeyd edək ki, "Liverpul" ikinci sıradakı "Mançester Siti"ni 25 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.