Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 19:26
"Tottenhem"in futbolçusu Hın Min Sonunun əsgərlik dönəmi başlayıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, ölkəsi Cənubi Koreyada 14 gündük karantin müddətini tamamladıqdan sonra Çedjudo adasındakı hərbi hissəyə yollanıb.
Qeyd edək ki, Hın Min Son 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 3 həftə ilə əvəzlənib. Onun mayın ortası Londona qayıdacağı gözlənilir.