Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 22:56
Bakı. Trend:
Fransada yeni növ koronavirusdan ötən sutka ərzində 547 nəfər ölüb.
Trendin "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon deyib.
J.Salomon bildirib: "Ölkədə koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötüb. Hazırda Fransada koronavirusdan ölənlərin sayı 20 255 nəfər təşkil edir".
O əlavə edib ki, 12 513 ölüm halı xəstəxanalarda, 7 752 ölüm halı isə sosial və tibb müəssisələrində qeydə alınıb.