Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 23:14
"Hələ uzun müddət gigiyenik qaydalar riayət etməliyik. Bu gün, sabah yoluxma ilə bağlı rəqəmlər azaldı deyə, maskanı çıxartmaq, əli dezinfeksiya etməmək tamamilə müzakirə olunmur".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəsmisi bildirib ki, əgər biz karantin rejimindən mərhələli şəkildə çıxmaq istəyiriksə, bu o deməkdir ki, uzun müddət sosial məsafəyə, karantin qaydalarına əməl etməliyik.
"Bu bizə ciddi problemlər yarada bilər. Çalımalıyıq ki, əldə etdiyimiz nəticəni qoruyaq", - deyə Y.Qarayeva qeyd edib.