Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 08:12
"Silicon Power" şirkəti öz istehsal xəttində ən nazik yığcam SSD daşıyıcını təqdim edib. "PC60" modeli, həmçinin yerə düşmələrə dayanıqlı olan möhkəm korpusa, böyük tutuma və məlumatların yüksək sürətlə ötürülməsi xüsusiyyətinə malikdir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "PC60" modelinin ölçüsü 80x80x11,2 mm təşkil edir. Yığcam ölçüsü sayəsində daşıyıcı asanlıqla cibə yerləşir. Möhkəm korpus kiçik hündürlükdən yerə düşmələrə və zərbələrə qarşı dayanıqlıdır.
Bu daşıyıcı ötürmə qabiliyyəti 10 Qbit/san təşkil edən "USB Type-C" (USB 3.2 Gen2) simmetrik konnektoru ilə təchiz edilib. "3D NAND" texnologiyası 1,92 TB-dək informasiyanı yadda saxlamağa imkan verir, məlumatı oxuma və yazma sürəti müvafiq olaraq 540 MB/s və 500 MB/s-dir.