Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 14:48
"Liverpul"un müdafiəçisi Vircil Van Deyk "Qızıl top"u qazanmaq şansını dəyərləndirib.
Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, hollandiyalı futbolçu sözgedən mükafata "Barselona"nın kapitanı Lionel Messinin layiq olduğunu söyləyib:
"Finalda iştirak edib-etməməsi heç nəyi dəyişmir. Düşünürəm ki, Messi dünyanın ən yaxşı oyunçusudur. "Qızıl top"u məhz o qazanmalıdır. Belə ki, mən indi bu barədə fikirləşmirəm. Ancaq makafata layiq görülsəm, qəbul edərəm".
Qeyd edək ki, "Liverpul"un heyətində Çempionlar Liqasının qalibi olan Van Deyk dünən "Tottenhem"lə final oyununun (2:0) ən yaxşı oyunçusu seçilib.