Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 84,5 min artıb

Əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 84,5 min artıb

Tarix: 21 Aprel 2020 15:57

Bakı. Trend:

Əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 84,5 min artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərinin geniş miqyas alması əmək müqavilələrinin sayında davamlı artıma şərait yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayı 84,5 min artıb.

Qeyd edək ki, pandemiya dövründə sosial dəstək paketinin mühüm bir istiqaməti dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəlib.

Bu məqsədlə Nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

İş yerlərinin qorunmasına nail olunması ilə yanaşı, əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi görülən kompleks sosial-iqtisadi tədbirlərin daha bir müsbət nəticəsidir.


Etiketlər:  Əmək müqavilələrinin sayı ilin əvvəlindən artıb


RƏYLƏR