Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Sənaye Korporasiyası''nın baş direktoru ''ASK Ayaqqabı Fabriki''nə səfər edib (FOTO)

''Azərbaycan Sənaye Korporasiyası''nın baş direktoru ''ASK Ayaqqabı Fabriki''nə səfər edib (FOTO)

Tarix: 22 Aprel 2020 12:51

Bakı. Trend:

Aprelin 21-də "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "ASK Ayaqqabı Fabriki" MMC-dəki mövcud vəziyyətlə tanış olmaq üçün müəssisəyə səfər edib.

ASC-dən Trend-ə verilən məlumata görə, baş direktor ölkəmizdə Covid-19 pandemiyası ilə aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq olunan karantin rejiminin tələb və qaydalarına uyğun olaraq fəaliyyət göstərən fabrikdəki istehsal prosesi və əməkdaşların iş şəraiti ilə tanış olub. Müəssisəyə ümumi baxış keçirən Kamran Nəbizadə bu çətin günlərdə göstərdikləri fədəkarlığa görə fabrikin işçi heyətinə təşəkkürünü bildirib.

Qeyd olunmalıdlr ki, "ASK Ayaqqabı Fabriki” MMC AR Müdafiə Nazirliyi və AR DİN-nin Daxili Qoşunları üçün hərbi təyinatlı ayaqqabıların istehsalına başlayıb.


Etiketlər:  Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Ayaqqabı Fabrikinə səfər edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ