Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 15:45
Mənim üçün özəl gündür. Doğulduğum, yaşadığım, nəfəs aldığım, yediyim çörək, alqışlar, istedadım üçün şükür edirəm. Nə yaxşı ki, dünyaya gəlmişəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri "ATV səhər" proqramında bu gün 53 yaşını qeyd edən Xalq artisti Məleykə Əsədova deyib.
O, karantində doğum gününü qeyd etməsi barədə danışıb:
"Hər ad günümdə 12-dən əvvəl yatmaq istəyirəm, amma alınmır. 31 ildir fasiləsiz işləmişəm. Eyni tamaşaçı alqışı, sevgisi görürəm. Çiçək gətirirlər, musiqi ilə gəlirlər. Mesajlar yazırlar, bunlar məni yatmağa qoymur. Tamaşaçılar can sağlığı, balamın xoş gününü görməyimi, həmişə belə gözəl qalmağımı istəyirlər".
Sənətçi özünə olan arzularından da söz açıb:
"Allah bu yaşı da mənə qismət etdi. 1967-ci ildə doğulmuşam. Yaşımla fəxr edirəm, heç vaxt gizlətməmişəm. Ən böyük arzum qızımı savadlı, sağlam görməkdir. Onun toyunu, nəvələrimi görmək istəyirəm. Arzu edirəm ki, məni nəvələrim təbrik etsinlər".