Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA Azərbaycan klublarına vəsait ayırdı

UEFA Azərbaycan klublarına vəsait ayırdı

Tarix: 23 Aprel 2020 19:50

UEFA təxirə salınan AÇ-2020 ilə bağlı klublara ödəniləcək vəsaiti təcili şəkildə onların hesablarına köçürəcək.

Sonxeber.net komanda.az xəbər verir ki, qərar qurumun İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Pley-offdan sonra ödənilməsi planlaşdırılan vəsait koronavirus pandemiyasına görə tez veriləcək. Təxminən 70 milyon avroya yaxın məbləğ quruma üzv olan 55 assosiasiyasının 676 klubu arasında bölüşdürüləcək. Bu bölgü klubların seçmə oyunlardakı təmsilçi və oyun sayına görə aparılacaq.

Pley-offda iştirak etməyən 39 millinin, o cümlədən, Azərbaycan yığmasının təmsil etdiyi assosiasiyalara ümumilikdə 50 milyon avro ayrılıb.

17,7 milyon avro isə 16 pley-offçu arasında bölüşdürüləcək. 2,7 milyon isə oyunçusu pley-offda iştirak edəcək klublara veriləcək. Bu ödəniş payızda gerçəkləşəcək.


Etiketlər:  UEFA Azərbaycan klublarına vəsait ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ