Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düz yuyulmayan əllərdə qalan virusları kağız dəsmal yox edə bilər

Düz yuyulmayan əllərdə qalan virusları kağız dəsmal yox edə bilər

Tarix: 23 Aprel 2020 22:51

Elm dünyası, insanların yeni tip koronavirus epidemiyasından necə daha yaxşı qoruna biləcəklərini anlamaq üçün bir çox iş görür. Lids Universiteti tərəfindən aparılan araşdırmalardan biri, əllərin yuyulmasından sonra kağız dəsmal istifadə edilməsinin virusa qarşı çox daha təsirli olduğunu göstərir.

Qlobal səhiyyə əməkdaşları, dünyada yayılmağa davam edən və hər gün minlərlə adamın ölməsinə səbəb olan yeni tip koronavirus xəstəliyi KOVİD-19 virusuna qarşı qorunmaq üçün əlləri su və sabunla ən az 20 saniyə yumağın zəruriliyini vurğulayır.

Səlahiyyətlilərin bu mövzuda bu qədər ciddi olmalarının səbəbi çirkli əllərin mikrobların çatdırılması üçün ən təsirli yollardan biri olmasıdır. Çünki təmiz olmayan əllərinizlə qapı tutacaqları və ya kranlar kimi sıx toxunulan səthlərə toxunduğunuzda xəstəliyi yaya bilər və başqa insanların tutmasına səbəb ola bilərsiniz. Qısası, sabunla 20 saniyə əl yumaq; özünüzü, ailənizi və ətrafınızdakı insanları qorumağın ən əhəmiyyətli yollarından biridir.

Britaniyada yerləşən Lids Universitetinin araşdırmaçıları tərəfindən aparılan araşdırmada düz yuyulmayan əllərdə qalan patogenlərin kağız dəsmal istifadə edərək yox edilə biləcəyini göstərdi.

Araşdırmanın rəhbəri Lids Universitetindən İnes Moura bu barədə belə deyib: "Əldə etdiyimiz nəticələrin, dünya səviyyəsində sürətlə yayılan yeni tip koronavirusun idarə altına alınması ilə əlaqəli olduğunu düşünürük. Əllərimizi yuduqdan sonra kağız dəsmal ilə qurulamalıyıq. Beləcə virusun bulaşma və yayılma riskini azalda bilərik".


Etiketlər:  Düz yuyulmayan əllərdə qalan virusları kağız dəsmal edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ