Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində ölüb

Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində ölüb

Tarix: 23 Aprel 2020 23:50

Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb.

Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Etiketlər:  Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində ölüb


RƏYLƏR