Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 05:33
Pandemiya və elan edilmiş xüsusi rejimlə əlaqədar olaraq insanlarda təşviş və həyacan yaranıb. Mütəxəssislər bildirir ki, belə hallarda insanlar özlərində xəstəlik əlamətləri axtarır və həyəcandan qızdırmaları olur.
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı axar.az-a danışan pediatr Elnurə Qurbanova bildirib ki, psixogen qızdırmada titrəmə olmur. Həmçinin xəstəlik qızdırmasından fərqli olaraq, temperatur artdıqca, ürək döyüntüsü artmır:
"Xəstəlik zamanı qeydə alınan qızdırma insan yuxuda olarkən daha da qalxır. Psixogen qızdırma isə gecə normal olur, qalxmır. 5 nöqtədə hərarət ölçüləndə (aksilər və qasıq nahiyyəsində iki tərəfli, düz bağırsaqda) asimmetriya olur. Belə hallarda adətən qızdırma psixoemosional vəziyyətdən asılı olur. Qızdırma spontan da düşə bilir".
Həkim bildirib ki, adətən psixogen qızdırma zamanı qızdırma salan dərmanların heç bir təsiri olmur.