Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəran sakini həmkəndlisinin boğazını kəsdi

Lənkəran sakini həmkəndlisinin boğazını kəsdi

Tarix: 24 Aprel 2020 11:27

Bakı. Samir Əli - Trend:

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Şağlaser kənd sakini Hacıağa Əbilov münaqişə zəminində həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Ağayevi kürəyindən bıçaqlayıb və boğazını kəsib.

V.Ağayev xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən H.Əbilov saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Lənkəran sakini həmkəndlisinin boğazını kəsdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ