Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Bayramlı: Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğasının baş verməsi ehtimalı var

Ramin Bayramlı: Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğasının baş verməsi ehtimalı var

Tarix: 24 Aprel 2020 19:30

Bakı. İlhamə İsabalayeva – Trend:

Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğasının baş verməsi ehtimalı var.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirdikləri brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün tələb olunan dərman vasitələri və süni aparatlarla bağlı heç bir qıtlıq yoxdur.

Azərbaycanda tibbi maska istehsalına başlamaqla maska qıtlığının aradan qaldırıldığını deyən R.Bayramlı bildirib ki, xasusi karantin rejiminin tətbiqi ilə xəstəliyin ölkədə kütləvi yayılmasının qarşısı alınıb. Virusun xaricdən idxalının qarşısının alınması üçün dövlət sərhədləri müvəqqəti bağlanıb: “COVİD-19-la müalicədə bir çox ölkələrdə sərt təcridetmə tədbirləri tətbiq edilsə də, karantin rejimininin yumlaşdılması və bu rejimin tədricən qaldırılması üçün plan hazırlanıb. Azərbaycanda da xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Bu gün qəbul edilən qərarla aprelin 27-dən etibarən karantin qaydaları bir qədər yumşaldılacaq. Sosial-iqtsadi amillər sərt karantin tədbirlərinin uzun müddət davam etməsinə imkan verməz. Karantin tədbirlərinin nəzarət altında tədricən aradan qaldırılması zəruridir”.

R.Bayramlının sözlərinə görə, əgər göstəricilər yenidən yüksələrsə, karantin rejimi təkrar gücləndirilə bilər: “Vaksinasiya problemi həll edilənə qədər yoluxma halları davam edə bilər. Yoluxmanın sürətini və əhatəliliyini diqqət altında saxlamaq çox vacibdir”.


Etiketlər:  Ramin Bayramlı Karantin tədbirlərinin aradan qaldırılması ilə ikinci dalğasının baş verməsi ehtimalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ