Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan Hava Yolları” QSC “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib

“Azərbaycan Hava Yolları” QSC “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib

Tarix: 3 Iyun 2019 14:45

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib.

QSC-dən Trend-ə verilən məlumata görə, ötən müddətdə “Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən 2 aviasiya qəzasının təhlili nəticəsində AZAL mövcud müqaviləyə xitam verilməsi üçün “Boeing” korporasiyası müraciət edib.

Qeyd edək ki, AZAL ilə “Boeing” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 ədəd “Boeing 737 MAX-8” tipli təyyarə gətirilməli idi.

Xatırladaq ki, ötən il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boeing 737 MAX-8” tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Hava Yolları Boeing təyyarələrini almaqdan imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ