Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” ilə anlaşa bilməyən futbolçu “Liverpul”un hədəfində

“Çelsi” ilə anlaşa bilməyən futbolçu “Liverpul”un hədəfində

Tarix: 25 Aprel 2020 15:12

"Çelsi" ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Villian karyerasını Premyer Liqada davam etdirə bilər.

Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, "Liverpul" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mersisayd klubunun Villianla danışıqlara başladığı bildirilir. "Liverpul" braziliyalı futbolçuyla razılıq əldə etsə, mövsümün sonunda azad agent kimi heyətinə qatacaq. Villianın da karyerasını Premyer Liqada davam etdirmək istədiyi bildirilir.

Villian 2013-cü ildən "Çelsi"nin şərəfini qoruyur. London klubu ona 2 illik müqavilə təklif etsə də, futbolçu 3 illik sözləşmə tələb etmişdi.


Etiketlər:  Çelsi ilə anlaşa bilməyən futbolçu Liverpulun hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ