Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 22:03
Avstraliyalı həki dietoloq Suzi Barel, arıqlamaq üçün ən efektli səhər yeməyinin tərkibini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, o, bildirib ki, xüsusi hazırlanmış menyu orqanizmdəki metabolik prosesləri aktivləşdirməyə və artıq kalori yandıraraq kilo verməyə kömək edəcək. Mütəxəssisin fikrincə, səhər yeməyinə mütləq şəkildə zülal tərkibli qidalar (yumurta, yoqurt, qızılbalıq) daxil edilməlidir.
Bundan başqa, Barel səhərlər dənli bitkilərdən hazırlanan sıyıq yeməyi də məsləhət görür.
"Bu sıyıqlara tərəvəz və meyvə əlavə etməyi unutmayın, onlar orqanizmin lif və vitamin ehtiyacını ödəyir",- deyə o, əlavə edib. (ölkə.az)