Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kiminsə evini yıxmaq lazımdırsa, müraciət edə bilər” - Çimnaz Sultanova

''Kiminsə evini yıxmaq lazımdırsa, müraciət edə bilər” - Çimnaz Sultanova

Tarix: 27 Aprel 2020 15:50

İş xanımı idim. Tikinti ilə bağlı işlərlə məşğul olurdum. Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm. Mən peşəkar iqtisadçıyam.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Vicdan Haqqı" serialında canlandırdığı "Larisa" obrazı ilə yaddaşlarda həkk olunan Gəncə Dövlət Akademik Teatrının aktrisası Çimnaz Sultanova ATV-də yayımlanan "Üçümüz" axşam şousunda qonaq olarkən deyib.

Proqramın aparıcısı Elcan Rəsulovun Ç.Sultanovaya ünvanladığı "Bina tikirdiniz?" sualına aktrisa yarızarafat, yarıciddi cavabı ilə tamaşaçıların üzünü güldürüb:

"Bina tikmirdim, ev yıxırdım (gülür). Kimsə tikir, Çimnaz isə yıxır. Kiminsə evini yıxmaq lazımdırsa, müraciət edə bilər".

Müsahibələrinin birində söylədiyi "Kişilər məndən qorxurlar" fikri ilə bağlı suala isə cazibədar aktrisa belə cavab verib:

"Deməzdim ki, qorxurlar. Kişilər daha çox məndən çəkinirlər. Sadəcə, mən rusdilli olduğumdan fikirlərimi düzgün başa sala bilməmişəm".

Proqramın gedişatında Ç.Sultanova qonşularından yerlə-göy qədər razı olduğunu da dilə gətirib:

"Çox gözəl qonşularım var. Bir problemim olanda bütün qonşularım köməyə gəlirlər. Qonşularıma efir vasitəsi ilə minnətdarlığımı bildirirəm".


Etiketlər:  Kiminsə evini yıxmaq lazımdırsa müraciət edə bilər Çimnaz Sultanova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ