Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Muğam Mərkəzi ''Unudulmayanlar'' layihəsini davam etdirir

Beynəlxalq Muğam Mərkəzi ''Unudulmayanlar'' layihəsini davam etdirir

Tarix: 27 Aprel 2020 21:00

Xəbər verdiyimiz kimi Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərinin elan edildiyi ilk günlərdən mütəmadi olaraq onlayn şəkildə öz "Facebook" və "Instagram" səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir. BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsi də bu silsilədəndir. Layihənin koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli  muğam tariximizdə iz qoyan Keçəçioğlu Məhəmməd, Azərbaycan tarının atası adlandırılan Sadıqcan və muğam sənətimizin xanı - Xan Şuşinskinin 
yaradıcılığından söz açırlar. Həmçinin xanəndələrin ifalarından nümunələr təqdim olunur.

Layihə izləyicilər tərəfindən maraqla qarşılanır. Diqqətə çatdırmaq istərdik ki, BMM-nin foyesində büstü qoyulan görkəmli muğam ustadları ilə bağlı mühazirələr davamlı olacaq.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır

https://www.facebook.com/453601974681129/posts/4048496605191630/?sfnsn=mo&d=n&vh=e


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzi Unudulmayanlar layihəsini davam etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ