Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol üzrə Argentina Çempionatı vaxtından əvvəl bitəcək

Futbol üzrə Argentina Çempionatı vaxtından əvvəl bitəcək

Tarix: 28 Aprel 2020 03:20

Bakı. Trend:

Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi ölkə çempionatını vaxtından əvvəl bitirəcək.

Trend-in məlumatına görə, bu barədə AFA-nın prezidenti Klaudio Tapia bildirib.

K.Tapia bildirib: "Biz turniri başa vurmağa hazırlaşırıq".

Assosiasiyanın prezidenti qeyd edib ki, yekun qərar AFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

AFA rəhbəri mövsümün sonunda liqalar arasında komanda mübadiləsi olmayacağını da söyləyib.

Qeyd edək ki, hazırda turnir cədvəlində 23 matçda 48 xal qazanaraq birinci yeri Boka Xuniors klubu tutur, ikinci yerdə River Pleyt (47 xal), üçüncü yerdə isə Veles Sarsfild (39 xal) qərarlaşıb.


Etiketlər:  Futbol üzrə Argentina Çempionatı vaxtından əvvəl bitəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ