Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” “Ayaks”dakı yetirməsinə görə 3 futbolçusunu təklif etdi

“Barselona” “Ayaks”dakı yetirməsinə görə 3 futbolçusunu təklif etdi

Tarix: 28 Aprel 2020 11:08

“Barselona” yay transfer pəncərəsi zamanı “Ayaks”ın qapıçısı Andre Onananı heyətinə cəlb etmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Bildirilib ki, kataloniyalılar bir qapıçıya görə dörd 3 futbolçusunu – qapıçı Neto, yarımmüdafiəçilər Riki Puiq, qarşı tərəfin seçimindən asılı olaraq Aleks Kolyado və ya Karles Alenyonu təklif edib. Amma “Ayaks”ın idman direktoru Mark Overmars Onananın daha bir mövsüm Amsterdarda qalmasını istəyir.

Qeyd edək ki, Onana “Barselona” akademiyasının yetirməsidir. Bu mövsüm o, “Ayaks”ın heyətində bütün turnirlərdə 24 oyun keçirib.

 


Etiketlər:  Barselona Ayaksdakı yetirməsinə görə 3 futbolçusunu təklif etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ