Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BP Azərbaycanda hasilatı azaldacaq

BP Azərbaycanda hasilatı azaldacaq

Tarix: 28 Aprel 2020 15:08

Böyük Britaniyanın BP şirkəti OPEC+ sazişində iştirak edən ölkələrdə neft hasilatını azaltmağa hazır olduğunu bildirib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu BP-nin upstream-layihələr üzrə icraçı maliyyə direktoru Mürrey Oçinkloss investorlarla videokonfrans zamanı deyib.

O bildirib ki, hazırda hasilatın azalması barədə danışıqlar aparılır:

"Bu gün biz Anqola, Azərbaycan, Rusiya və Yaxın Şərqdə danışıqlar aparırıq. Konkret rəqəmlər məlum deyil, amma onu deyə bilərəm ki, OPEK+ sazişi ilə əlaqədar ikinci rübdə hasilatın azalmasının şahidi olacağıq".

Qeyd edək ki, OPEK+ sazişi çərçivəsində hasilatçı ölkələr may-iyun aylarında hasilatı 9,7 milyon barel/sutkaya azaldacaq.


Etiketlər:  Azərbaycanda hasilatı azaldacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ