Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 01:39
Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi gününü Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsindəki xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə keçirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, 200 nəfərə yaxın uşağın iştirakı ilə “SOS Uşaq Kəndi”ndə keçirilən bayram tədbirində uşaqlar maraqlı əyləncə və müsabiqələrdə iştirak edib.
Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir. Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafına həsr olunmuş layihələr çərçivəsində indiyə kimi minlərlə uşaq və gənc Bakcell şirkətindən dəstək alıb.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB və “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən onlarla layihə vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya olunmaları istiqamətində işlər görülüb.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7500-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin