Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aşıq Zülfiyyə: ''Atam dedi, bunu eşitsəm, elə biləcəm, 8 uşağımdan biri ölüb''

Aşıq Zülfiyyə: ''Atam dedi, bunu eşitsəm, elə biləcəm, 8 uşağımdan biri ölüb''

Tarix: 28 Aprel 2020 16:55

Deyirdim ki, yoldaşım icazə verməsə, bu sənətin arxasınca getməyəcəm. Təzə ailə qurduğumuz vaxtlarda yoldaşım təkidlə deyirdi ki, səni sənətə qoymayacam. Bir dəfə də olsun, sözünü çevirmədim. Gərək qarşındakı adamı özünə inandırmağı bacarasan.

Sonxeber.net yenicag.az-a istinadla xəbər verir ki, bu fikirləri aşıq Zülfiyyə şəxsi həyatı ilə bağlı gizlinləri bölüşərkən deyib.

O, ailə qurarkən atasının ondan tələbini xatırlayıb:

"Atam mənə dedi ki, səhnənin işıqları çox güclü olur, gözlə, gözlərini qamaşdırmasın. Bir balaca söhbət eşitsəm, sənə heç nə etməyəcəm, elə biləcəm 8 uşağımdan biri ölüb. Çalış evdə kişinin sözü üstün olsun".


Etiketlər:  Aşıq Zülfiyyə Atam dedi bunu eşitsəm elə biləcəm uşağımdan biri ölüb


RƏYLƏR