Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda sağalan COVID-19 pasiyentlərinin plazmaları ağır xəstələrin müalicəsində istifadə olunacaq

Hindistanda sağalan COVID-19 pasiyentlərinin plazmaları ağır xəstələrin müalicəsində istifadə olunacaq

Tarix: 29 Aprel 2020 05:03

Hindistanda yeni növ koronavirusdan (COVID-19) sağalan 200-dən çox pasiyentin qan plazmaları ağır xəstələrin müalicəsində istifadə olunacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sağalan pasiyentlər qan plazmalarını könüllü olaraq təklif ediblər. Onların qan analizlərinin nəticələri müəyyənləşəndən sonra plazmaların ağır xəstələrin müalicəsində istifadəsinə başlanılacaq.

Hindistanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən sutka ərzində COVID-19 infeksiyasına 1463 yeni yoluxma və 60 ölüm faktı qeydə alınıb. Beləliklə, ölkədə virusa yoluxanların sayı 28 min 380 nəfərə, ölənlərin sayı isə 886-ya çatıb. İndiyədək 6361 nəfər sağalaraq xəstəxananı tərk edib.

"The Indian Express" qəzeti hökumətin ölkədə mayın 3-də başa çatması nəzərdə tutulan xüsusi karantin rejimini virusun ən çox yayıldığı bölgələrdə uzatmağı düşündüyünü yazıb.


Etiketlər:  Hindistanda sağalan COVID pasiyentlərinin plazmaları ağır xəstələrin müalicəsində istifadə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ