Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heç uşaq olmadım...'' - Hacı Nuran

''Heç uşaq olmadım...'' - Hacı Nuran

Tarix: 29 Aprel 2020 15:30

Bir kişi üçün bu həyatda ən ali missiya onun ata adını qazanması, atalıq zirvəsinə ucalmasıdır. Amma hər ata valideyn də ola bilmir. Yaxşı valideyn olmaq üçün övladı canın qədər sevməlisən, ona düzgün tərbiyə vermək üçün dəridən-qabıqdan çıxmalısan. Bu cür insanları çox gördüm. Amma atam kimisini görmədim.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. O, atası ilə bağlı paylaşım edib. Xatirələrini qeyd edən Hacı Nuran atasının ölüm günü olduğunu vurğulayıb:

"Atam bir başqa insan idi. Hər kəlməsi bir öyüd idi... Hər sözü bir kitab qədər dəyərli idi onun... Heç ondan inciyən, küsən insan görmədim. Çünki o, hamı ilə öz dilində danışmağı bacarırdı. Uşaqla-uşaq idi, böyüklə böyük. Qəribəsi o idi ki, atam hamının "Nəriman dayı"sı idi. Hamı ilə yumşaq, həlim davranan atam mənə qarşı çox ciddi idi. Bizi həmişə danlayardı, məsuliyyətli olmağa çağırırdı. Heç atamın bizimlə uşaq kimi davrandığını xatırlamıram.

Hərdən düşünürəm ki, mən heç uşaq olmadım. Elə birdən-birə böyüdüm. Məni mən, güclü edən o kişinin dünyadan köçdüyü gündür. Atam gülləri, çiçəkləri çox sevərdi. Ümumiyyətlə, təbiət aşiqi idi... Elə torpağa da bir bahar günü qovuşdu. Yeri görünən insan, sən həmişə mənimləsən".


Etiketlər:  Heç uşaq olmadım Hacı Nuran


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ