Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ağacların dibini betonlayan MTK 4000 manat cərimələndi (FOTO)

Bakıda ağacların dibini betonlayan MTK 4000 manat cərimələndi (FOTO)

Tarix: 29 Aprel 2020 17:57

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

Bunu Trend-ə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlifcinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub və "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib.

Bakıda ağacların dibini betonlayan MTK 4000 manat cərimələndi (FOTO) - Gallery Image Bakıda ağacların dibini betonlayan MTK 4000 manat cərimələndi (FOTO) - Gallery Image Bakıda ağacların dibini betonlayan MTK 4000 manat cərimələndi (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda ağacların dibini betonlayan 4000 manat cərimələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ