Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 20:04
"Google" şirkəti "Meet" videozəng xidmətindən istifadəni hər kəs üçün açıq edir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
İndiyədək xidmət "GSuite" və "GSuite for Education" biznes hesablarının sahibləri üçün əlçatan idi.
May ayından başlayaraq "Google" hesabı olan hər bir istifadəçi "Google Meet" xidmətindən istifadə edə biləcək.
Videozəng zamanı eyni anda 100-dək şəxs iştirak edə bilər. Bir videozəng müddəti 60 dəqiqə ilə məhduddur. Videozəng zamanı ekranı nümayiş etdirmək, real vaxt rejimində redaktə etmək və digər funksiyalardan istifadə mümkün olacaq.
Şirkətdən qeyd olunub ki, "Meet" xidmətindən istifadə etmək üçün "Google" hesabına malik olmaq lazımdır.