Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mi 10 Lite” smartfonunun təkmilləşdirilmiş versiyası təqdim edilib

“Mi 10 Lite” smartfonunun təkmilləşdirilmiş versiyası təqdim edilib

Tarix: 30 Aprel 2020 07:24

"Xiaomi" şirkəti "Snapdragon765G" prosessoru və 50 qat zuma malik periskop kamera ilə təchiz edilmiş yeni "Mi 10 Youth Edition" smartfonunu təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Mi 10 Youth Edition" cihazı 16 mp-lik selfi-kamera üçün kəsiyə malik 6,57 düymlük AMOLED displeylə təchiz edilib. Ekran "HDR10 " standartını dəstəkləyir.

"Youth Edition" aparatının Çin versiyası ilə beynəlxalq versiyası arasında əsas fərq kameradadır. "Mi 10 Youth Edition" qurğusunun arxa panelində 4 kamera quraşdırılıb: 48 mp-lik əsas, 8 mp-lik super genişbucaqlı, 5 qat optik, 10 qat hibrid və 50 qat rəqəmli zuma malik 8 mp-lik periskop, həmçinin 2 mp-lik makroobyektiv.

Aparatın beynəlxalq versiyası 50 qat zuma malik periskop əvəzinə, 2 mp-lik dərinlik sensoru ilə təchiz edilib.

Smartfon maye soyutma sisteminə malik "Snapdragon 765G 5G" prosessoru, 6/8 QB-lıq əməli yaddaş və 256 QB-lıq daxili yaddaşa malikdir.

Akkumulyatorun tutumu 4160 milliamper/saat təşkil edir. Cihaz 22,5 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Həmçinin smartfon NFC modulu, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, infraqırmızı port, iki tezlikli GPS və "Hi-Res Audio" ilə təchiz edilib.


Etiketlər:  Lite smartfonunun təkmilləşdirilmiş versiyası təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ