Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi bu il 150 MP-lik kameraya malik smartfon təqdim edə bilər

Xiaomi bu il 150 MP-lik kameraya malik smartfon təqdim edə bilər

Tarix: 30 Aprel 2020 08:56

Xiaomi şirkəti keçən il dünyanın ilk 108 MP-lik kamerasına malik smartfonunu təqdim etmişdi. Bu smartfonda istifadə olunan kamera sensorları isə Samsung tərəfindən hazırlanmışdı. İndi isə yeni çıxan xəbərlərə görə Xiaomi bu səfər 150 MP-lik kamera sensoruna malik smartfon üzərində işləyir və yenə kamera sensoru Samsung tərəfindən hazırlanır.

Ice Universe ləqəbli insayder tərəfindən sızdırılan məlumata görə 2020-nin 4.rübündə 150 MP-lik Xiaomi smartfonu ekosistemdə öz yerini tutacaq.

Ice Universe-ə görə 150 MP-lik sensor Samsung tərəfindən hazırlanacaq. Lakin ilk olaraq Xiaomi smartfonlarında istifadə olunacaq. Həmçinin Samsung tərəfindən verilən məlumatlara görə 150 MP-lik kamera sensorları üçün Ar-Ge işləri artıq tamamlanıb. Sensorun ölçülərinin təxminən 2.5 sm ölçülərində olacağı deyilir və NonaCell adı verilən texnologiyadan istifadə edəcək.

Nonacell texnologiyası hesabına 9 piksel birləşdiriləcəyi üçün şəkillər 16 MP piksel sayına bərabər olacaq. Həmçinin Oppo və Vivo smartfonları da bu kamera sensorundan istifadə edəcək. Lakin onlar 2021-in əvvəllərində bu cür smartfonlar istehsal edəcəklər. İce Universe qeyd edir ki, Samsung 150 MP-lik kamera sensorlarını tamamladığı üçün artıq 250 MP-lik sensorlar üzərində işləməyə başlayıb. Keçən səfər xəbərdə qeyd etdiyimiz kimi şirkətin ən əsas hədəfi 600 MP-lik kamera sensorları hazırlamaqdır. Görünən odur ki, Meqapiksel Müharibəsi daha da qızışacaq.


Etiketlər:  Xiaomi kameraya malik smartfon təqdim edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ