Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 11:06
İki ildi "Boka Xuniors"un futbolçusu Sebastian Villa ilə birlikdə yaşayan Daniela Kortes sevgilisi tərəfindən döyülüb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Instagram"da fotolarını paylaşan Daniela Kortes bunları yazıb:
"Fiziki və psixoloji təzyiqə məruz qalıram. Buna bir çox insan canlı şahid olub. Bu qədər pis insan necə peşəkar futbolçu olub, anlamıram. Tanımadığım, ailəmin olmadığı ölkədə hər gün həyatım təhlükə altında olduğu halda, qorxu içində necə yaşayacağımı bilmirəm".