Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 19:24
Biləsuvarın sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi.
Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məhkəmədə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Quliyevin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlandığı yayılmışdı.
Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.