Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netflix-dən Android istifadəçilərinə şad xəbər

Netflix-dən Android istifadəçilərinə şad xəbər

Tarix: 30 Aprel 2020 22:12

Karantin günlərində ən çox ziyarət edilən platformalar arasında yer alan Netflix-in yeni funksiyası test edilməyə başlanıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, platformanın WhatsApp vasitəsilə video izləmə xüsusiyyəti yaxın günlərdə istifadəçilərə təqdim olunacaq.

Qeyd edək ki, artıq WhatsApp vasitəsilə YouTube, Feysbuk və İnstaqram videolarını izləmək mümkündür.

Bundan başqa, Netflix Apple istifadəçiləri üçün sözügedən xüsusiyyəti ötən ilin noyabrında təqdim etmişdi.

İstənilən Netflix kontentini "Paylaş" düyməsindən "WhatsApp" tətbiqini seçməklə göndərərək bu xüsusiyyətdən yararlana biləcəksiniz. Söhbətdən və ya "WhatsApp"dan çıxdıqda isə izlədiyiniz video dayandırılır.

WhatsApp-ın 2.20.123 versiyasında qarşımıza çıxan funksiya artıq bir müddətdir Telegram-da yer alır. Elə bu kimi funksiyalardan dolayı bəzi istifadəçilər Telegram-ı üstün tutur.


Etiketlər:  Netflix dən Android istifadəçilərinə şad xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ