Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 05:04
Bakı. Trend:
Kanadada yeni növ koronavirusa son sutka ərzində daha 1 825 nəfər yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 55 061 nəfər təşkil edir. Ən çox yoluxma halları Kvebek (28 648), Ontario (16 608) və Alberta (5 573) əyalətlərində qeydə alınıb.
Bildirilir ki, Kanadada koronavirusdan 3 391 nəfər dünyasını dəyişib, 22,7 min nəfər isə sağalıb.