Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 13:18
Bakı Beynəlxalq avtovağzalı martın 19-dan etibarən fəaliyyətini dayandırıb.
May ayının 4-dən sonra qeyd edilən regionlara gediş-gəliş Operativ Qərargahın qərarı ilə bərpa olunur. İnsanları maraqlandıran suallar içərisində isə paytaxt Bakıdan regionlar istiqamətində avtobusların fəaliyyətidir.
Mİlli.Az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova qazet.az-a bildirib ki, istər avtovağzalın, istərsə də ərazidəki ticarət mərkəzinin fəaliyyəti barədə hələ ki, qərar qəbul edilməyib.
"Martın 19-dan etibarən avtovağzaldan gedişlər ləğv olunub. Karantin müddəti bitdikdən sonra, icazə verildikdən sonra fəaliyyət bərpa olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı olmalıdır. O zaman göstərişə əsasən lazım olan istiqamətlərdə işləyəcəyik. Ticarət mərkəzinin fəaliyyəti də qərardan asılıdır".