Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 17:28
“Samsung Electronics” şirkəti Seulda yerləşən elmi mərkəzində altıncı nəsil mobil rabitə texnologiyası (6G) sahəsində tədqiqatlara başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısı nümayəndəsinin sözlərinə görə, şirkət telekommunikasiya texnologiyaları üzrə standartların hazırlanması ilə məşğul olan mütəxəssislər qrupunu genişləndirib və onlar artıq “6G” sahəsində tədqiqatlara başlayıblar.
Məlumata görə, “Samsung Electronics” tədqiqat qrupu “6G” texnologiyaları ilə paralel süni intellekt və robotların yaradılması üzərində iş aparacaq.
Qeyd edək ki, aprelin 4-də Koreya Respublikası beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verən ilk ölkə olub. Yeni şəbəkənin rekord məlumat ötürmə sürəti saniyədə 25 qiqabit təşkil edir. Bu göstərici onlayn rejimdə “8K” (Ultra HD) təsvir ölçülü videonu translyasiya etməyə imkan verir.
“6G” standartının beşinci nəsil mobil rabitə şəbəkəsini 2025-ci ildə əvəzləyəcəyi gözlənilir.
Nizam Nuriyev