Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 10:28
Milan "İnter"i futbolçularının bu gündən fərdi məşqlərə başlayacağını açıqlayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, oyunçular “Appiano-Djentile”də məşq mərkəzindən istifadə edəcəklər. Kompleksin tibbi və texniki korpuslarından başqa mərkəzin bütün qalan yerləri idmançıların təhlükəsizliyinin təmin olunması üçün bağlı qalacaq.
Qeyd edək ki, bundan əvvəl "Sassuolo" və "Roma" mayın 4-dən, "Bolonya" isə 5-dən məşqləri bərpa edəcəyini açıqlayıb.
Əlavə edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.