Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 17:18
"Vaqner da Silva "Qarabağ"dan gedərsə, bundan mənə müsbət bir şey olmayacağı dəqiqdir. Çünki artıq bir-birimizə öyrəşmişik, yaxşı anlaşmamız var. Hər il komandaya yeni qapıçı gələndə mənə müsbət təsiri olur. Vanqer komandamızdan ayrılası olarsa, yəqin, onun yerinə hansısa yeni əcnəbi qapıçı gələcək".
Qol.az xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev bildirib.
Millimizin də üzvü olan 26 yaşlı qolkiperin əsas heyətdən sıxışdırıb çıxardığı Vaqner da Silva Kiprdən təklif alıb. Ağdam təmsilçisinə avrokuboklarda cari mövümdən yaxşı tanış olan APOEL, habelə "Apollon" 34 yaşlı əlcək sahibinin xidmətində maraqlıdır. Şahrudinin sözlərinə görə, braziliyalı həmkarıyla mümkün gedişi haqda aralarında söhbət olub: "Vaqner insan kimi də yaxşıdı, onu insan kimi də itirmək istəmirsən. Getsə, bundan mənə faydalı bir şey olmayacaq. Bəli, onunla gələcək taleyi ilə bağlı söhbətim olub. Vaqnerin müqaviləsi cari mövsümün bitir. Çox güman ki, gedəcək. Mənə dedi ki, karyerasında nəsə dəyişiklik etmək istəyir. Görünür, artıq yeni klubda oynamaq fikrindədir".
Xatırladaq ki, bu mövsüm daxili yarışlarda meydana çıxmayan Vaqner APOEL-lə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi matçlarında (səfərdə 2:1, evdə 0:2) çıxış edib.