Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 52 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 39 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycanda 52 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 39 nəfər sağalıb, 1 nəfər vəfat edib

Tarix: 4 May 2020 17:28

Bakı. Trend:

Azərbaycan Respublikasında 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1480 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat etmiş, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Etiketlər:  Azərbaycanda yeni koronavirusa yoluxma faktı qeydə alınıb nəfər sağalıb nəfər vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ