Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 86 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 86 mindən çox artıb

Tarix: 4 May 2020 23:52

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 3 435 894 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 86 108 nəfər yeni koronavirusa yoluxub, 976 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 435 894 nəfərə, ölənlərin isə 239 604 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 544 145 yoluxma və 143 987 ölüm halı. Avropa regionunda sutka ərzində 25 250 yoluxma halı, 1 320 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 433 756, ölənlərin sayı isə 77 827 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 206 299 yoluxma və 7 971 ölüm halı qeydə alınıb.


Etiketlər:  ÜST Dünyada koronavirusa yoluxanların sayı mindən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ