Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 11:20
Müğənni Təranə Qumralın qızı Qumral onu təhqir edənlərə cavab verib.
Sonxeber.net big.az-a istinadən bildirir ki, Qumral instaqram-da canlı yayım açaraq özü haqqında açıqlamalar verib.
"Şəkil paylaşırsan, üzün düşür, deyirlər üzün nə yekədi, budun görsənir ondan danışırlar. Kökəlmisən, arıqlamısan...Qoyun mən özümə, həyat yoldaşıma gözəl olum. Əgər mənim köklüyümü bəyənmirsinizsə, problem deyil, məni izləmədən çıxarın, qurtarsın. Xoşunuz gəlmirsə, izləməyin. Mən açıqlama verim, üzümdə nə gel, nə də botoks var. Dodaqlarımdakı geli çıxartmışam, kipriyimi çıxartmışam, saçımın rəngi özümündü, dişlərimi düzətdirmişəm. Köklüyümdən danışırsız...mənə arıqlamaq yaraşmır. Yoxsa bir həftəyə dieta ilə arıqlaya bilərəm. Bu gün mən ifrat dərəcədə kök deyiləm. Həm də mənim həyat yoldaşım məni ətli xoşlayır. Ümumiyyətlə, ətli olmaq qadına yaraşır. Yoldaşım deyir ki, arıq qızlardan iyrənirəm. Hətta yoldaşım deyir, qadına əl vuranda bilməlisən ki, əti var. Bu dəqiqə mən podiuma çıxmıram ki, arıq olum. Yoldaşıma necə xoşdursa, eləyəm".