Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 11:58
Milli Məclisin bu gün keçirilən iclasında Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev və Qürbət Əsgərovun vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri, həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.